Ərdoğanın qadağası Türkiyəyə 3 min 200 İsveç markasına başa gəldi
15.09.2010 - 16:45
Ərdoğanın qadağası Türkiyəyə 3 min 200 İsveç markasına başa gəldi
Beynəlxalq Basketbol Federasiyası İstanbulda basketbol üzrə keçirilən dünya çempionatında ukraynalı rəqs qrupunun çıxışına icazə verilmədiyi üçün Türkiyəni cərimələyib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qardaş ölkəyə 3 min 200 İsveç markası məbləğində cərimə kəsilib.

Qeyd edək ki, ukraynalı rəqs qrupunun Türkiyə-Rusiya basketbol komandalarının oyunu ərəfəsində çıxışı nəzərdə tutulub. Lakin baş nazir Rəcəb Tayyib Ərdoğan rəqs qrupundakı qızlar yarıçılpaq olduğu üçün onların rəqsinə icazə verməyib.

FİBA Türkiyə basketbol yığmasının baş məşqçisinin köməkçisi Ömer Uğuru da lazımi yerdə oturmadığı üçün də Türkiyəni cərimələyib.
0