Azərbaycanlı baş məşqçinin “Ridinq”də debütü uğursuz alındı - FOTO
15.09.2010 - 18:10
Azərbaycanlı baş məşqçinin “Ridinq”də debütü uğursuz alındı - FOTO
İngiltərənin “Ridinq” basketbol komandasında azərbaycanlı baş məşqçi Samit Nuruzadənin debütü uğurlu alınmayıb. Apasport.az saytının məlumatına görə, ingilis klubu həmyerlimizin rəhbərliyi altında hər 2 yoxlama oyununda məğlubiyyətlə üzləşib. Belə ki, Nuruzadənin yetirmələri birinci oyunda ABŞ-ın həvəskarlardan ibarət komandası ilə qarşılaşıblar. Oyunda amerikalı basketbolçular üstün olublar – 86:84.

İkinci matçda “Quilford Heat” klubu ilə üz-üzə gələn “Ridinq” bu dəfə böyük fərqlə uduzub. Həmyerlimizin komandası 70 xal topladığı halda, rəqibləri 102 xala seviniblər.

Qeyd edək ki, “Dumanlı Albion”da ölkə çempionatı sentyabrın sonunda start götürəcək.
0