Yığmamızın üzvü karyerasını Türkiyədə davam etdirəcək
16.09.2010 - 09:50
Voleybol üzrə Azərbaycan yığmasının üzvü Lidiya Maksimenko karyerasını yenidən Türkiyədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş legionerimiz qardaş ölkənin Aroma Super Liqasında mübarizə aparan “Eregli Bələdiyyəspor” klubu ilə müqavilə bağlamağa yaxındır.
Komandanın prezidenti Fethi Ertekin bildirib ki, Azərbaycan milli komandasının üzvünün oyununa bələddir və bunun üçün tezliklə onunla danışıqları yekunlaşdıracaqlar: “Tailandlı voleybolçularla yollarımızı ayırdıqdan sonra hədəfə yeni oyunçular almışıq. Bunlar Bolqarıstan, Azərbaycan və ABŞ yığmalarının üzvləridir. Artıq danışıqlara başlamışıq. Razılıq əldə edə bilsək, onlar növbəti mövsümdə klubumuzun şərəfini qoruyacaqlar”.
Klubun yeni baş məşqçisi Mustafa Çayır da Maksimenkonun transfer olunmasında maraqlıdır. Onun sözlərinə görə, voleybolçumuzun solaxay olması “Eregli Bələdiyyəspor”a böyük fayda verəcək: “Mən hədəfləri olan bir insanam. Komandaya gəlməyimdə də əsas məqsədim “Eregli Bələdiyyəspor”u güclü bir komandaya çevirməkdir. Bunun üçün əsasən tanıdığım legionerlərlə danışıqlar aparırıq. Onlardan Azərbaycan yığmasının üzvü Lidiya Maksimenkonun oyununa daha yaxından bələdəm. Solaxay və universal voleybolçudur. Son mövsümü “Yeşilyurt”da keçirdiyindən, bir neçə görüşdə oyununu izləmişəm. Bolqarıstanlı Penovanın da oyunu məni qane edir. Yunanıstanın “Panatinaikos” komandasında çıxış edib. Lakin bu voleybolçulardan fərqli olaraq, amerikalı barədə ətraflı məlumatım yoxdur. O, bir həftə baxışda olduqdan sonra qərarımızı verəcəyik. Əgər mən istədiyim kimi heyət qursaq, ilk “dördlük”də qərarlaşacağıq”.
Qeyd edək ki, Lidiya Maksimenkonun son mövsümdə şərəfini qoruduğu “Yeşilyurt” aşağı liqaya düşdüyündən, voleybolçumuz klubla yollarını ayırıb.

0
0