Yığmamızın sabiq üzvləri Türkiyədə birgə çalışacaqlar - FOTO
16.09.2010 - 12:18
Yığmamızın sabiq üzvləri Türkiyədə birgə çalışacaqlar - FOTO
Voleybol üzrə Azərbaycan yığmasının sabiq üzvləri Yelena Şabovta və İnessa Qorxmaz birgə işbirliyi qurmaq qərarına gəliblər. Apasport.az saytının məlumatına görə, “Azərreyl”lə “Top-komandalar” kubokunu qazanan voleybolçularımız bu mövsümdən oyunçu-məşqçi menecerliyi və təşkilati işlər həyata keçirəcəklərini bildiriblər.

20 ildir rəfiqə olan Şabovta və Qorxmaz bu sahədə də uğur qazanacaqları qənaətindədirlər. Bəzən müxtəlif komandaların heyətində bir-birinə rəqib olan milli komandamızın üzvləri bunu menecerlikdə kifayət qədər təcrübələrinin olması ilə əsaslandırıblar.

Qeyd edək ki, Şabovta son mövsümə kimi “Əczaçıbaşı” klubunda menecer işləyib. Qorxmaz isə bu vəzifəni sərbəst şəkildə icra edib.
0