ABŞ yığmasının kapitanı Azərbaycan çempionatını seçdi - FOTO
20.09.2010 - 16:50
Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olan paytaxtın “Azərreyl” voleybol klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanı “Çelenc Cup”da təmsil edəcək komanda ABŞ yığmasının kapitanı Cennifer Tamasla 1 illik müqavilə bağlayıb.
1982-ci ildə Kaliforniya ştatında anadan olan voleybolçu 2001-ci ildən milli komandaya çağırılır. 191 sm boyu olan “Azərreyl”in yeni transferi Pekin-2008-in gümüş, dünya kubokunun və Panamerika Oyunlarının bürünc medalına sahib olub. Onun ən böyük uğuru bu il keçirilən Dünya Qran-prisinin finalına təsadüf edib və Tamas yığma ilə birlikdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, amerikalı voleybolçu son mövsümü Puerto-Riko çempionatında keçirib. O, “Llanares of Toa Baja” klubunun şərəfini qoruyub və komandası ölkə çempionatını 2-ci yerdə başa vurub.

0
0