Yığmamızın üzvü Türkiyədə “at oynadır”
27.09.2010 - 14:15
Həndbol üzrə Türkiyə Super Liqasında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvləri Eldar Fərəcov, Emin Aydəmirov, Kamran Alxazov və Sergey Georgevskinin şərəfini qoruduğu “Trabzonspor” səfərdə “Nilufər Bələdiyyəspor”la qarşılaşıb.
Görüşün ilk hissəsi 15:15 hesabı ilə başa çatsa da, sonda “bordo-mavilər” 35:32 hesabı ilə qələbə qazanıblar. Alxazovun meydana çıxmadığı matçda Georgevski yenidən komandasının bombardiri olub. Onun 12 xal qazandığı oyun türkiyəli həmkarlarımız tərəfindən də yüksək qiymətləndirilib. Digər həmyerlilərimiz Fərəcov və Aydəmirov klubuna 3 qazandırıblar.
Qeyd edək ki, “Nilufər Bələdiyyəspor” və “Trabzonspor” görüşünün 21-ci dəqiqəsində oyunda qalmaqal baş verib. 15 dəqiqəyədək yaranan fasilə polisin işə qarışmasından sonra başa çatıb. Azarkeşlər arasında yaranan mübahisədə “bordo-mavilər”in fanatlarından biri xəsarət alıb.

0
0