Milli komandamızın daha bir üzvü Türkiyədə oynaya bilər - FOTO
27.09.2010 - 23:03
Azərbaycan yığmasının basketbolçusu Zaur Paşayev karyerasını ölkə xaricində davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Türk Telekom” və “Efes Pilsen” klublarında baxışda olan basketbolçumuzun bu komandalarda oynaması üçün 2 ölkənin federasiyası arasında razılıq məktubu olmalıdır.
Paşayev bildirib ki, “Efes Pilsen” onunla müqavilə imzalamaq istəsə də, buna legioner limiti mane olur: “Mən və Aleksandr Rındin “Türk Telekom”a baxışa yollanmışdıq. Lakin sonradan onlar heyəti formalaşdırdığından yalnız Rındinə ehtiyac duydular. Mən isə türkiyəli menecerlər vasitəsilə “Efes Pilsen”da baxışdan keçməli oldum. Komanda rəhbərliyi oyunumu bəyənsə də, legioner limiti səbəbindən transferim yubanır. Əsasən amerikalı basketbolçulara üstünlük verən türklərlə federasiya razılıq əldə edə bilər. Əgər Azərbaycan və Türkiyə basketbol federasiyaları arasında müqavilə imzalanarsa və orada futbolda olduğu kimi idmanın bu növündə də türkdilli ölkələrin basketbolçuları əcnəbi hesab edilməsələr, “Efes Pilsen”ə keçidimdə problem qalmayacaq”.
Azərbaycan yığmasının və “Qala” klubunun aparıcı üzvü Türkiyə variantı alınmasa, digər komandalar arasında seçim edəcək. Bunun üçün Paşayevin 2 türkiyəli meneceri klub axtarışındadır: “Federasiyalar arasında razılıq əldə edilməsə, digər seçimlər edəcəyəm. Çünki menecerlərim digər ölkələrdə də mənim üçün klub axtarırlar. Ölkə xaricinə çıxmaq isə öz istəyimlədir. Bu halda, yığmada daha da faydalı ola bilərəm. Fikrimcə, bu dəfə də Azərbaycan çempionatında ciddi rəqabət olmayacaq və hər dəfə 40-50 top fərqi ilə qələbə qazanacağıq”.
Paşayevin sözlərinə görə, Aleksandr Rındinlə “Türk Telekom” yaxın günlərdə müqavilə imzalayacaq.

0
0