Türkiyəli məşqçi həmyerlimizdən razı qalıb
28.09.2010 - 16:12
“Birinci oyunda aldığımız məğlubiyyət bizim üçün dərs oldu. Rəqibin gözəl hücum qurduğunu bildiyimizdən səhvlər etməməyə çalışırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Trabzonspor” həndbol komandasının baş məşqçisi Əhməd Kaynak deyib.
Azərbaycan yığmasının 4 üzvünün çıxış etdiyi “bordo-mavili” klub II turda “Nilufər Bələdiyyəspor”la oyunda 35:32 hesabı ilə qələbə qazanıb. İlk turda məğlub olan “Trabzonspor”un rəqibi məğlub etməsində həmyerlilərimizin böyük rolu olub.
Kaynak bildirib ki, onlardan əsas yük Sergey Georgevskinin üzərinə düşüb: “Birinci hissə 15:15 hesabı ilə yekunlaşdı. Lakin ikinci yarıda təcrübəli oyunçularımız Sergey, İsmayıl və Sametlə görüşdə dönüş yarada bildik. Onların gözəl oyunu qələbəmizi təmin etdi”.
Kaynakın sözlərinə görə, Super Liqaya yeni yüksələn komanda ölkə çempionatı ilə bərabər kubokda iddialı olacağını qeyd edib.
Qeyd edək ki, “Trabzonspor”un heyətində milli komandamızdan Eldar Fərəcov, Emin Aydəmirov, Kamran Alxazov və Sergey Georgevski forma geyinir.

0
0