“Azərreyl” Çexiya çempionu ilə bacarmadı
29.09.2010 - 11:34
Çexiyada təlim-məşq toplanışını davam etdirən “Lokomotiv” və “Azərreyl” klubları növbəti yoxlama görüşlərini keçiriblər. Apasport.az saytının məlumatına görə, voleybolçularımızın rəqibi Çexiya çempionu “Modranska” olub.
Bu mövsüm ölkəsini Çempionlar Liqasında təmsil edəcək Prostejov komandası öncə Super Liqanın gümüş mükafatçısını sınağa çəkib. Üçüncü hissədən sonra 2:1 hesabı ilə irəlidə olan “dəmiryolçular” üstünlüklərini qoruya bilməyiblər və yekunda uduzublar – 2:3.
Azərbaycanın ən köklü klublarından olan “Azərreyl” də “Modranska” qarşısında aciz qalıb. Onlar da “Lokomotiv” kimi həlledici setdə məğlub olublar.
Xatırladaq ki, “Celenc Cup” yarışlarına hazırlaşan “Lokomotiv” və “Azərreyl” bundan öncə Çexiyada keçirilən “Zubr Cup”da bütün rəqiblərinə qalib gəlmişdi.
“Modranska” – “Lokomotiv” - 3:2 (25:18, 10:25, 20:25, 25:21, 15:12)
“Modranska” – “Azərreyl” - 3:2 (26:24, 20:25, 25:20, 23:25, 15:10)

0
0