“Partizan” Azərbaycan çempionu ilə Bakıda 2 görüş keçirəcək
30.09.2010 - 10:40
“Partizan” Azərbaycan çempionu ilə Bakıda 2 görüş keçirəcək
Voleybol üzrə kişilər arasında “Çelenc Cup”ın ilkin təsnifat mərhələsində “Azərneft” hər iki oyununu Bakıda keçirəcək. Apasport.az saytının məlumatına görə, Serbiyanın “Partizan” komandasını sınağa çəkəcək Sabir Əliyevin yetirmələri görüşlərinə oktyabrın 16-da və 17-də çıxacaqlar.

Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi icazəsində sonra ilk qarşılaşmanın tarixində də dəyişiklik edilib. Belə ki, qaydalara əsasən oyunlar arasında 24 saat fərq olmasını nəzərə alan “Azərneft” rəhbərliyi hər 2 qarşılaşmanı saat 13:30-da başlamağı qərara alıb. Görüşlər isə “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutacaq.
0