Rusiya yığmasının sabiq məşqçisi Azərbaycan çempionatında!
01.10.2010 - 11:23
Voleybol üzrə Super Liqanın debütantı “Şirvan-Quba” komandasının baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, klubu rusiyalı Mixail Omelçenko çalışdıracaq. Ölkəsinin yığmasında işləmiş mütəxəssislə 1 illik razılıq əldə edilib.
Komandanın heyətində əsasən azərbaycanlı gənclər yer alacaqlar. Onların da əsas vəzifələri “Bakı” kimi milli komandaya voleybolçu yetişdirmək olacaq.
Qeyd edək ki, Omelçenko yığmamızın lideri Natalya Məmmədova ilə birlikdə Krasnodar “Dinamo”sunda işləyib.

0
0