“Rabitə”nin Çempionlar Liqasında oyunlarının vaxtı dəqiqləşib
01.10.2010 - 14:10
“Rabitə”nin Çempionlar Liqasında oyunlarının vaxtı dəqiqləşib
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək paytaxtın “Rabitə” klubunun keçirəcəyi oyunların vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “wild card”la qitənin ən mötəbər yarışında qüvvəsini sınayacaq voleybolçularımız ilk görüşlərinə noyabrın 24-də səfərdə çıxacaqlar.

Onların rəqibləri Rumıniyanın “Dinamo-Romprest” klubu olacaq. Komandamız ikinci matçını dekabrın 2-də Bakıda İtaliya “Skavolini”sinə qarşı keçirəcək. Bu görüşdən 1 həftə sonra Polşa “Aluprof”u ilə səfərdə qüvvəsini sınayacaq Azərbaycan çempionu dekabrın 16-da onları paytaxtımızda qəbul edəcək.

E qrupunda mübarizə aparacaq “Rabitə”nin son sınağı səfərdə “Skavolini”yə (6 yanvar, 2011) və evdə “Dinamo-Romprest”ə (11 yanvar, 2011) qarşı baş tutacaq.

Qeyd edək ki, “Rabitə” ötən mövsüm CEV kubokunda “Dördlər finalı”na kimi irəliləmişdi və sonda bürünc medala sahib olmuşdu.

“Rabitə”nin oyunlarının təqvimi

I dövrə

24 noyabr

20:00. “Dinamo-Romprest” - “Rabitə”

2 dekabr
17:00. “Rabitə” - “Skavolini”

9 dekabr
21:00. “Aluprof” - “Rabitə”

II dövrə
16 dekabr

17:00. “Rabitə” - “Aluprof”

6 yanvar, 2011
21:00. “Skavolini” - “Rabitə”

11 yanvar, 2011
17:00. “Rabitə” - “Dinamo-Romprest”

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
0