Yığmamızın üzvü məşqdə zədələndi
05.10.2010 - 14:42
Yığmamızın üzvü məşqdə zədələndi
Türkiyənin “Türk Telekom” klubunda baxışda olan Azərbaycan yığmasının basketbolçusu Aleksandr Rindın xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, milli komandamızın ən hündürboylu üzvü məşqlərdə biləyindən ciddi zədə alıb. O bunun üçün “Türk Telekom”un hazırlıqlarını kənardan izləmək məcburiyyətində qalıb.

Qeyd edək ki, bir müddətdir Ankara klubunun düşərgəsində olan Rindın karyerasını burada davam etdirməyə yaxındır.
0