Paytaxt klubu 3 bolqarıstanlı və 1 rusiyalı ilə müqavilə bağlayır
07.10.2010 - 11:21
Paytaxt klubu 3 bolqarıstanlı və 1 rusiyalı ilə müqavilə bağlayır
Voleybol üzrə kişilər arasında Azərbaycan çempionu “Azərneft” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”da mübarizə aparacaq paytaxt klubu 4 legionerlə müqavilə bağlamağa hazırlaşır.

Onlardan üçü Bolqarıstandandır. “Azərneft”in heyətinə qatmaq istədiyi 21 yaşlı Georgi Petrov və 28 yaşlı Nikolay Antonov “Lukoyl Neftoximik”, 26 yaşlı Vladimir Lobutov “Marek” klublarından gəliblər. Digər əcnəbi - 28 yaşlı Mixael Vurye isə rusiyalıdır.

Qeyd edək ki, Sahib Əliyevin çalışdırdığı komanda oktyabrın 16-da və 17-də “Partizan”la qarşılaşacaq.
0