Azərbaycan çempionu Türkiyə yığmasını sevindirdi
08.10.2010 - 08:31
Çempionlar Liqasına hazırlığı Türkiyədə davam etdirən “Rabitə” növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlu” komanda ilə 2-ci sınaq matçını keçirən Azərbaycan çempionu bu dəfə məğlubiyyətlə üzləşib. Belə ki, ilk 2 hissədən sonra hesabda geri olan voleybolçularımız fərqi azaltsa da, dördüncü setdə rəqib qələbə qazanıb – 3:1 (25:23, 25:29, 17:25, 25:22). Daha sonra razılaşmaya əsasən 1 ekstra hissə daha oynanılıb və yenə də dünya çempionatının iştirakçısı olan türklər 15:7 qalib gəliblər.
Qeyd edək ki, “Rabitə” bu oyundan 2 gün öncə eyni hesabla - 3:1 qələbə qazanmışdı. Yeri gəlmişkən, Türkiyədə hazırlıq keçən “Azərreyl” burada təlim-məşq toplanışını başa vurub. Birinci oyunda “Vakıfbank Günəş Sığorta”nı 3:1 hesabı ilə məğlub edən Vüqar Əliyevin yetirmələri növbəti matçda “Beşiktaş”a 3:0 hesabı ilə qalib gəliblər.

0
0