Bakı klubu Pereyranı sifariş etdi
08.10.2010 - 09:24
Bakı klubu Pereyranı sifariş etdi
Oktyabrın 10-da “Çelenc Cup”da mübarizəyə başlayacaq “Azərreyl”in komandasının heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ilkin təsnifat mərhələsinin birinci görüşündə səfərdə Maltanın PAOLA Hibs komandasını sınağa çəkəcək paytaxt klubu Avropa Voleybol Konfederasiyasına göndərdiyi sifariş ərizəsinə 14 voleybolçunun adını daxil edib. Onlardan 7 yerli voleybolçular olduğu halda, digər 7-si 6 ölkəni təmsil edir.

“Azərreyl”in heyəti

Aynur Kərimova, Ülkər Kərimova, Valeriya Korotenko, Bəyaz Mustafayeva, Polina Rəhimova, Kseniya Pavlenko, Yekaterina Şevçenko (hamısı Azərbaycan), Natalya Hanıkoğlu (Türkiyə),
Yana Matiasovska (Slovakiya), Aleksandra Peretyatko (Ukrayna), İliyana Petkova, Aneliya Todorova (hər ikisi Bolqarıstan), Angelina MkGinnes (ABŞ), Paulino De Souza Pereyra (Braziliya).

Xatırladaq ki, 2 gün sonra Maltada baş tutacaq “Azərreyl” - PAOLA Hibs görüşünü Alan Qormalli (İrlandiya) və Marko Sgro (San-Marino) idarə edəcəklər.
0