Braziliya dünya çempionu oldu
11.10.2010 - 10:24
Voleybol üzrə kişilər arasında dünya çempionatının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İtaliyada keçirilən mundialın ən güclüsü adını Braziliya yığması qazanıb.
Onlar finalda kubalı həmkarlarına 3:0 (25:22, 25:14, 25:22) hesabı ilə qalib gəliblər. Üçüncü yer uğrunda görüşdə isə Serbiya İtaliyadan güclü olub. Onlar Apennin təmsilçilərini 3:1 (25:21, 25:20, 26:28, 25:19) hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, qadınlar arasında dünya çempionatı oktyabrın 29-da Yaponiyada start götürəcək və noyabrın 14-də başa çatacaq.

0
0