İtaliya kubokunu qazanıb, “Bakı” ilə anlaşdı - FOTO
13.10.2010 - 15:11
“Bakı” voleybol klubu rusiyalı Mixael Omelçenkonu baş məşqçi postuna gətirdikdən sonra növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Çexiya yığmasının üzvü Mixaela Hasalikovanı rənglərinə bağlayıb. 26 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb.
194 sm boya malik Hasalikova son mövsümü İtaliyanın A seriyasında çıxış edən “Ville-Korteze” komandasında keçirib. Bu klubla İtaliya kubokunun qalibi adını qazanan “Bakı”nın yeni transferi ölkə çempionatının gümüş mükafatına da sahib olub.
Qeyd edək ki, “Bakı” Hasalikovadan öncə ABŞ yığmasının 22 yaşlı üzvü Eşli Enqllə də müqavilə bağlamışdı.

0
0