Yığmamızın üzvü türk klubuna keçdi - FOTO
14.10.2010 - 13:22
Yığmamızın üzvü türk klubuna keçdi - FOTO
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının üzvü Aleksandr Rindın karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, “Türk Telekom” klubu 1 aya yaxın müddətdə sınadığı həmyerlimizi rənglərinə bağlayıb. Milli komandamızın ən hündürboylu basketbolçusu qonşu ölkənin adlı-sanlı klubu ilə 3 illik müqaviləyə imza atıb.

Rindın Türkiyədən öncə, Rusiya və Polşada da legioner həyatı yaşayıb.
Qeyd edək ki, “Türk Telekom”da yığmamızın digər üzvü Rasim Başak və həmyerlimiz Orxan Hacıyeva da çıxış edirlər.
0