“Karyeramı Azərbaycanda davam etdirməyəcəyimi dəqiqləşdirmişəm” - FOTO
14.10.2010 - 14:48
“Karyeramı Azərbaycanda davam etdirməyəcəyimi dəqiqləşdirmişəm. Ola bilsin yaxın günlərdə “Türk Telekom”a transferim reallaşsın. Bu gün də onlarla bir daha söhbətim olub”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının basketbolçusu Zaur Paşayev deyib.
O bildirib ki, “Qala” klubu ilə müqaviləsinin müddəti yekunlaşsa da, hələ onu yeniləmək fikrində deyil: “Hazırda azad agentəm. Paytaxt klubu ilə müqaviləmin vaxtı da yekunlaşıb. Türkiyəyə getmək istəyim olduğu üçün “Qala” ilə danışıqları dayandırmışam”.
Qeyd edək ki, Zaur bir müddət öncə “Türk Telekom” və “Efes Pilsen” komandalarında baxışda olmuşdu. Lakin Ankara təmsilçisi ilə müqavilə bağlamasına legioner limiti mane olmuşdu.

0
0