Azərbaycan çempionu legionerlərin taleyinə aydınlıq gətirdi
14.10.2010 - 15:47
Azərbaycan çempionu legionerlərin taleyinə aydınlıq gətirdi
Azərbaycan çempionu “Azərneft” baxışa çağırdığı 4 legionerdən 3-ü ilə müqavilə imzalayıb. Klubun prezidenti Nazim Allahverdiyevin apasport.az saytına verdiyi məlumata görə, bolqarıstanlı voleybolçulardan Georgi Petrov, Vladimir Lobutov və rusiyalı Mixael Vurye “Çelenc Cup”da komandanın şərəfini qoruyacaqlar. Onlarla müqavilə yanvara kimi bağlanıb. Lakin “Azərneft” Avropa kubokunda çıxışını ilkin mərhələlərdə dayandırmayıb, yoluna davam edəcəyi halda müqavilənin müddəti artırılacaq. Baxışa çağırılan digər bolqarıstanlı Nikolay Antonov isə bəyənilməyərək geri göndərilib.

Qeyd edək ki, “Azərneft” “Çelenc Cup”ın ilkin təsnifat mərhələsi çərçivəsində oktyabrın 16-da və 17-də “Partizan”la qarşılaşacaq.
0