“İqtisadçı” super transferlərini sifariş etmədi
15.10.2010 - 11:22
Azərbaycanı “Çelenc Cup”da təmsil edəcək “İqtisadçı”nın heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “unversitet komandası” Avropa Voleybol Konfederasiyasına 16 voleybolçunun adını sifariş verib. Klubun baş məşqçisi Rəşad Yazıçıoğulları ilkin mərhələdə mübarizə aparacaq heyətə dünya çempionatının iştirakçıları - Alisa Blom (Hollandiya), Yuko Sano (Yaponiya) və Katlin Ueissin (Almaniya) adlarını daxil etməyib. Onlar milli komandalarının heyətində mundiala hazırlaşdıqlarından noyabrın sonlarında Bakıya gələcəklər. Sifariş ərizəsində yer alan 16 voleybolçu 7 ölkəni təmsil edir.
“İqtisadçı”nın sifariş ərizəsi
Elina Abbasova, Kəmalə Əsgərova, Alina Dobrovolskaya, Firuzə Durustxari, Zinyət Həmidova, Sevil Həsənova, Sara Musayeva, Angelina Teber (hamısı Azərbaycan), Yael Kastilyon (Argentina), Tayibu Xaneef-Park, Kelli Vink, Kristal Matiç (hamısı ABŞ), Filiz Özgür (Türkiyə), Riikko Lehtonen (Finlandiya), Aleoskar Ruset Blanko (Venesuela), Mariya Fernandez (İspaniya).
Xatırladaq ki, “İqtisadçı”nın Bosniya və Herseqovinanın “Kula” klubuna qarşı keçirəcəyi hər 2 oyunu Nadejda Kozlova (Rusiya) və Nurper Özbar (Türkiyə) idarə edəcəklər. Oktyabrın 16-da və 17-də ilə Bakıda keçiriləcək qarşılaşmalarda onlar baş hakimlikdə bir-birini əvəz edəcəklər.

0
0