“Partizan” Azərbaycan çempionuna şans vermədi
16.10.2010 - 14:29
Bu gün kişilər arasında Azərbaycan çempionu “Azərneft” “Çelenc Cup”ın ilkin mərhələsində ilk görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Sahib Əliyevin yetirmələri növbəti mərhələyə yüksəlmək üçün Serbiyanın “Partizan” komandasına qarşı mübarizə aparıblar.
Təəssüf ki, paytaxt klubu mövsümə uğursuz başlayıb. İlk hissənin startından rəqibin güclü müqaviməti ilə üzləşən voleybolçularımız yekunda 0:3 hesablı məğlubiyyətlə barışıblar. Belə ki, ilk setdə 27:25 hesablı qələbə qazanan Serbiya komandası ikinci hissədə ev sahiblərinə cəmi 16 xal veriblər. “Azərnetf” üçüncü setdə oyunda dönüş yaratmaq istəsə də, arzusunu reallaşdıra bilməyib. Hesabda geri olan qonaqlar hissənin sonlarında təşəbbüsə yiyələnərək 25:22 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü də paytaxtımızda təşkil ediləcək. Oyun sabah saat 13:30-da start götürəcək. Komandamız növbəti mərhələyə çıxmaq üçün mütləq 16 top fərqi ilə 3:0 hesablı qələbə qazanmalı
Çelenc Cup
I təsnifat mərhələsi
İlk oyun
16 oktyabr
Kişilər
Azərneft – Partizan – 0:3 (25:27, 16:25, 22:25)
Hakimlər: Zdenko Fatrdla (Slovakiya), Serdar Nisançıoğlu (Türkiyə).

0
0