Sahib Əliyev: Başqa hansı nəticəni gözləyirdiniz?
16.10.2010 - 15:02
Sahib Əliyev: Başqa hansı nəticəni gözləyirdiniz?
“Bu oyundan başqa hansı nəticəni gözləyirdiniz?” Bunu apasport.az saytına açıqlamasında “Çelenc Cup”ın I təsnifat mərhələsində Serbiya “Partizan”ına uduzan “Azərneft” voleybol komandasının baş məşqçisi Sahib Əliyev deyib.

O, oyunla bağlı bunları söyləyib: “Belə nəticələnəcəyini əvvəlcədən də demişdim. Komandamızda voleybolçular arasında anlaşma yoxdur. Amma artıq klub kimi tam heyətlə ilk oyunumuzu keçirdik. Bəlkə sabah bunun bir xeyri oldu. Amma hər halda, rəqib bizdən güclüdür. Serblər dünyada 3-cüdür, amma biz sonuncular sırasındayıq”.

Qeyd edək ki, “Partizan”a 0:3 hesabı ilə uduzan “Azərneft” cavab görüşünə sabah çıxacaq.
0