“Hamı Azərbaycan haqda xoş xatirələr söyləyir”
16.10.2010 - 23:03
“Çelenc Cup” turnirinin ilkin mərhələsində “İqtisadçı” voleybol klubu Bosniya və Herseqovinanın “Kula” komandasına 3:0 hesabı ilə qalib gəldi. Bu qələbədə paytaxt klubunun ABŞ yığmasında 201 oyun keçirən, bu komandanın heyətində Dünya çempionatının (2002), Dünya Çempionları Kubokunun (2005) və Pekin Olimpiya Oyunlarının (2008) gümüş mükafatçısı Tayibu Xaneef-Parkın da böyük payı olub. Dünya Qran-Prisi (2003, 2004) və Dünya kuboklarında (2003, 2007) isə fəxri kürsünün üçüncü pilləsinə qalxan 31 yaşlı voleybolçu apasport.az saytına qələbə və Azərbaycana gəlişi barədə eksklüziv müsahibə verib.
- Yerli azarkeşlər qarşısında ilk oyununuza çıxdınız və inamlı qələbə qazandınız. Çətin olmadı ki?
- Komandaya bir müddətdir qoşulmuşam. Gözəl kollektivimiz var. Yüksək yerlər uğrunda mübarizə aparmağı qarşımıza məqsəd qoymuşuq. Biz ilk məşqlərdən debüt üçün hazırlaşırdıq. Sevinirik ki, qələbə qazandıq. Lakin bu oyunda daha yaxşı və daha da baxımlı çıxış edə bilərdik. Oyunumuz bəzən alındı, bəzən isə alınmadı. Bu da kollektivimizin yeni bir araya gəlməsindəndir. İnanıram ki, oyundan-oyuna artıracağıq.
- “Çelenc Cup”da hansı mərhələyə kimi irəliləməyi planlaşdırırsınız?
- Qarşımıza ancaq qələbə qazanmaq məqsədi qoymuşuq. Məğlubiyyət barədə fikirləşmirik. Bacardığımız qədər irəliləyəcəyik.
- Azərbaycana gəlişiniz necə baş tutdu? Ölkəmiz barədə məlumatın var idimi?
- Menecerlər vasitəsi ilə “İqtisadçı” ilə müqavilə bağladım. Bu komandanı seçməyimə görə çox şadam. Amerikalı qızlardan ölkəniz barədə çox eşitmişəm. Burada çıxış edənlər hamısı Azərbaycan haqqında xoş xatirələr söyləyirlər. Mən də səhv addım atmadığım qənaətindəyəm. Fikrimcə, bu 1 ildə “İqtisadçı”da gözəl mövsüm keçirəcəyik.
- Bəs Azərbaycan Super Liqası barəsində hansı məlumata maliksiniz?
- Mən təxminən 1 ay öncə müqaviləyə imza atmışam. Bu səbəbdən də Azərbaycan Super Liqası barədə ətraflı məlumatım yoxdur. Ancaq komandaların güclü olduğunu və bu mövsüm gərgin mübarizə gedəcəyini deyə bilərəm. Biz də bu mübarizədə yüksək yerlər uğrunda yarışacağıq.
- “Kula” ilə keçiriləcək cavab matçında rəqib revanş edə bilərmi?
- İnanmıram. Çünki biz yalnız qələbə üçün meydana çıxacağıq.
Tahir HÜMMƏTOV

0
0