Dejan Brdjoviç “Azərneft”dən danışdı
17.10.2010 - 15:10
Dejan Brdjoviç “Azərneft”dən danışdı
“Partizan”ın heyəti çox gəncdir. Komanda demək olar ki, yeni qurulub. Bu oyunda 4 nəfərin beynəlxalq yarışlarda təcrübəsi yox idi. Bunu üçün də ikinci oyunda gözlənilməz məğlubiyyətlə üzləşdilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rabitə” voleybol klubunun baş məşqçisi Dejan Brdjoviç deyib.

Kişilərdən ibarət “Azərneft” və “Partizan” klublarının oyununu canlı izləyən serbiyalı mütəxəssis həmyerlilərinin oyundan razı qalıb. O, gənc komandanın belə oyununun son hissəsində qələbə qazanmasını yüksək qiymətləndirib: “Belqradlı voleybolçular cavab görüşünə arxayın çıxmışdılar. Onlar bir gün öncəki qələbədən sonra Azərbaycan komandasından belə oyun gözləmirdilər. Lakin əlavə setdə də olsa, özlərinə gələrək növbəti mərhələyə yüksəldilər. Həyəcanı isə yaşlarının və oyun təcrübələrin az olması ilə bağlayardım. Çünki Serbiyada orta yaş dövrü əsasən 19 götürülür. Bu da belə mötəbər oyunlarda bir qədər çətinlik yaradır. Onlara növbəti mərhələlərdə də uğurlar arzulayıram”.

Qeyd edək ki, “Azərneft” “Partizan”a əlavə setdə uduzaraq mübarizəni dayandırıb.
0