Riikko Lehtonen: “İqtisadçı” medallara iddialıdır
17.10.2010 - 23:01
“Hər 2 oyun üstünlüyümüzlə keçdi. Rəqibə öz oyununu göstərməyə imkan vermədik və nəticədə qələbə qazandıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Bosniya və Herseqovina “Kula”sına qalib gələn “İqtisadçı” klubunun voleybolçusu Riikko Lehtonen deyib.
1996-cı ildən Finlandiya yığmasında çıxış edən və bu komandanın kapitanı olan Lehtonen bildirib ki, uğurlu çıxış hələ qabaqdadır: “Biz “Çelenc Cup”da medallara iddialıyıq. Komandamız da güclüdür. Rəqibə qarşı gözəl oynadıq. Bu qələbələr davamlı olacaq və növbəti mərhələlərdə də azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, son mövsümü İtaliyanın A seriyasında mübarizə aparan “Peruca”da keçirən 30 yaşlı voleybolçu Fransanın “Kann” klubu ilə 2 dəfə Çempionlar Liqasının və Türkiyənin “Vakıfbank Günəş” komandası ilə “Çelenc cup” yarışlarının qızıl medalına sahib olub.

0
0