Super Liqanın püşkü atıldı
19.10.2010 - 10:10
Super Liqanın püşkü atıldı
Noyabrın 29-da start götürəcək voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, çempionatın açılış matçında “Bakı” və “Azərreyl” komandaları qarşılaşacaqlar. Bu oyundan sonra “İqtisadçı” və “Rabitə” ilk turun oyununa çıxacaq. I tura isə “Şirvan-Quba” və “Lokomotiv” komandalarının görüşü ilə yekun vurulacaq.

Xatırladaq ki, reqlamentə əsasən, 10 turdan (2 dövrədən) sonra axırıncı 2 pillədə qərarlaşacaq klublar Super Liqanı yarımçıq dayandıracaqlar. Mübarizəni davam etdirəcək 4 komanda isə yenidən 2 dövrədən ibarət pley-off mərhələsində bir-birini sınağa çəkəcək. Bu mərhələdən sonra turnir cədvəlində 1-4-cü və 2-3-cü yerləri tutacaq komandalar yarımfinalda 2 qələbəyə kimi bir daha qüvvələrini sınayacaqlar. Finala vəsiqə əldə edəcək klublar isə 3 qələbəyə kimi oynayacaqlar.

Super Liqanın həlledici mərhələsinin son görüşü mayın 10-da təşkil ediləcək. Kişilər arasında Azərbaycan çempionatı isə 2011-ci ilin fevralında başlayacaq.

29 noyabr
I tur


15:00. “Bakı” - “Azərreyl”
16:30. Super Liqanın rəsmi açılış mərasimi
17:00. “İqtisadçı” - “Rabitə”
19:00. “Şirvan-Quba” - “Lokomotiv”
0