Yığmamızın üzvü Soliqorsk “Şaxtyor”unda
19.10.2010 - 12:54
Yığmamızın üzvü Soliqorsk “Şaxtyor”unda
Dünyanın ən güclü qadın voleybolçularının Azərbaycana gəldiyi vaxtda, kişilərdən ibarət milli komandamızın üzvü Yevgeni Kovalenko Belarusa üz tutub. Apasport.az saytının məlumatına görə, son 7 mövsümü “Azərneft”də keçirən 28 yaşlı voleybolçumuz Soliqorsk “Şaxtyor”u ilə 1 illik müqavilə imzalayıb. Kovalenkonun yeni komandası 4 oyundan sonra Belarus çempionatında 9 komanda arasında 7-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, kişilərdən ibarət yığmamızın üzvü Aleksey Çervyakov da legioner karyerasını davam etdirir. O, Rusiyanın “Krasnoyarsk” klubunda forma geyinir.
0