Yığmamızın üzvü Türkiyədə bombardir oldu
20.10.2010 - 09:11
Yığmamızın üzvü Türkiyədə bombardir oldu
Azərbaycan yığmasının basketbolçuları Rasim Başak və Aleksandr Rındinin forma geyindikləri “Türk Telekom” Beko Basketbol Liqasına uğursuz başlayıb. Apasport.az saytının məlumatına görə, Ankara klubu 1 həftə öncə Spor Toto Türkiyə kubokunda məğlub olduğu “Beşiktaş”dan növbəti zərbəni alıb. “Turk Telekom” bu dəfə 94:82 hesabı ilə uduzub.

Buna baxmayaraq, milli komandamızın üzvü Rasim Başak klubunun ən yaxşı basketbolçusu olub. O, “Turk Telekom”un qazandığı 82 xaldan 20-sini öz adına yazdırıb və komandasının bombardiri kimi meydanı tərk edib. Ondan fərqli, Rındin zədəli olduğundan bu matçda forma geyinməyib.

Qeyd edək ki, Atatürk idman sarayında keçirilən oyunda həmyerlimiz Orxan Hacıyeva da forma geyinmək şansı qazansa da, zəif təsir bağışlayıb.
0