Azərbaycan çempionu Serbiya yığmasına çağırıldı
20.10.2010 - 16:10
Voleybol üzrə qadınlardan ibarət Serbiya yığmasının dünya çempionatında iştirak edəcək heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Zoran Terziç oktyabrın 29-da Yaponiyada start götürəcək mundial üçün açıqladığı siyahıda Azərbaycan Super Liqasında forma geyinəcək 2 voleybolçuya da yer verib. Belə ki, Asiyaya yollanacaq 14 voleybolçu arasında “Rabitə”nin üzvləri – yeni transfer Nataşa Krsmanoviç və ötən mövsüm Azərbaycan çempionu olmuş Siviya Papoviç də var.
Qeyd edək ki, dünya çempionatına noyabrın 14-də yekun vurulacaq.
Qeyd edək ki, dünya çempionatına noyabrın 14-də yekun vurulacaq.
0
0