Lidiya Maksimenkonun türk klubuna keçidi baş tutmadı
21.10.2010 - 12:25
Lidiya Maksimenkonun türk klubuna keçidi baş tutmadı
Azərbaycan yığmasının voleybolçusu Lidiya Maksimenkonun “Ereğli Bələdiyyəspor” klubunda çıxışı baş tutmayacaq. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, müqavilənin rəsmiləşməsi son anda alınmayıb. Həmkarlarımız bunun komandada maliyyə problemi olduğu üçün reallaşmadığını yazıblar.

Transferin baş tutmamasına “Ereğli Bələdiyyəspor”un baş məşqçisi Mustafa Çayır da münasibət bildirib: “Azərbaycan yığmasının üzvünün çox pul istəməsi səbəbindən onunla razılaşmadıq. Heyətdəki voleybolçularla oynayacağıq. Əgər uğurlu çıxış etməsək, Tailanddan oyunçular çağıracağıq”.

Qeyd edək ki, Çayır az öncə Maksimenko ilə müqavilə bağladıqlarını və onun “Ereğli Bələdiyyəspor” üçün əhəmiyyətli voleybolçu olduğunu bildirmişdi. Maraqlıdır ki, hazırda Türkiyə Voleybol Federasiyasına göndərilən sifariş ərizəsində milliləşdirilmiş legionerimizin də adı qeyd olunub.
0