Azərbaycan çempionu özünə yeni iş yeri tapdı - FOTO
22.10.2010 - 17:07
Son mövsümdə “Rabitə” voleybol komandasında Azərbaycan çempionu adını qazanan serbiyalı Aleksandra Avramoviç karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, paytaxt klubu ilə CEV kubokunun bürünc medalına da sahib olan voleybolçunun xidmətində “Nilüfər Bələdiyyəspor” maraqlıdır. Türkiyəyə baxışa dəvət edilən serbiyalı klub rəhbərliyinin etimadını doğruldacağı halda, sabah rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, 28 yaşında 189 sm boyunda olan Avramoviç “Rabitə”dən öncə, “Yedinstvo” (Serbiya), “Metal Qalati” (Rumıniya) və “Stamplast” (İtaliya) komandalarında forma geyinib.
Qeyd edək ki, 28 yaşında 189 sm boyunda olan Avramoviç “Rabitə”dən öncə, “Yedinstvo” (Serbiya), “Metal Qalati” (Rumıniya) və “Stamplast” (İtaliya) komandalarında forma geyinib.
0
0