Yana Matiasovska: Bakının gecə həyatı ilə tanış olmağı arzulayıram - MÜSAHİBƏ
25.10.2010 - 13:43
Slovakiya yığmasının və “Azərreyl”in voleybolçusu Yana Matiasovskanın müsahibəsi
- Karyeranın əsas hissəsini əfsanəvi məşqçi Nikolay Karpolun rəhbərliyi altında “Uraloçka”da keçirmisiniz. “Azərreyl”ə transfer olunarkən Azərbaycan və bu ölkənin voleybolu ilə tanış idinizmi?
- Bəli, mən bundan öncə Azərbaycanda 2 dəfə olmuşdum. 2003-cü ildə DÇ-2004-ün təsnifat mərhələsində Slovakiya yığmasının heyətində milli komandalarına qarşı oynamışdım. Bundan başqa, 2010-cu ilin martında CEV kubokunun “dördlər finalı”nda “Uraloçka”nın heyətində də Bakıda çıxış etmişəm.
- Azərbaycan paytaxtı və “Azərreyl” barədə ilk təəssüratlarınız necə oldu?
- Bakı çox gözəl və maraqlı şəhərdir. Burada yeniliklər çoxdur. Ümid edirəm ki, hələ aşkar edəcəyim ecazkar yerlər də var. Yeni komandamı da çox sevirəm, ürəyimcədir. Bunun üçün sevincliyəm və özümü burada tapacağıma inanıram.
- Azərbaycan Super Liqasında rəqabət səviyyəsi güclüdürmü?
- Gərgin rəqabət var. Bütün komandaları çətin oyunlar gözləyir. Super Liqa komandalarında həm Azərbaycanın, həm də legionerlərin ən yaxşıları yer alıblar və bunun üçün də mövsüm ağır keçəcək. Amma bu hər bir voleybolçu ağır mövsümdə özünü göstərmək üçün alışıb yanır.
- Bəs ailəniz Azərbaycana transferinizi necə qarşıladı?
- Onlar bunu müsbət qarşıladılar və buna görə valideynlərimə təşəkkür edirəm. Ümimiyyətlə, atam və anam həmişə mənim qərarlarıma hörmətlə yanaşırlar. Bu dəfə də istisna olmadı. Məni karyeram və tələbəçilik illərində olduğu kimi yenə də dəstəklədilər.
- Təklif alarkən qərar çıxarmağınız üçün nə qədər vaxt kifayət etdi?
- Nə qədər? Təklif aldım və tez bir zamanda da addımımı atdım.
- Bakıda danışıq və mentalitetlə bağlı problemlər ortaya çıxmır ki?
- Sevindirici haldır ki, bununla bağlı çətinliyim yoxdur. Mən rus dilini bilirəm və burada da bu dildə danışıram. Amma bəzi Azərbaycan sözlərini də əzbərləməyə çalışıram. Mentalitetə gəldikdə isə yenə də problem görmürəm. Azərbaycanda Avropa və Asiya ənənələri özünü birləşdirir.
- Boş vaxtlarınızı necə keçirirsiniz? Artıq özünüz üçün sevimli yer tapmısınızmı?
- Boş vaxt… Yaxşı keçirirəm. Hələ ki, şəhərlə yaxından tanış oluram və yerli qida məhsullarının dadına baxıram. Bundan əlavə, komanda yoldaşlarımla musiqi dinləməyi və ya filmə baxmağı çox sevirəm.
- Həyatda nail olduqlarınıza görə kiməsə borclusunuzmu?
- Hər kəsə. Mən çox həssas adamam, yaxşılıqları heç vaxt unutmuram. Buna görə də bu səviyyəyə çatdığıma görə mənə köməklik edənlərin hər birinə borcluyam. Əsas da məni dünyaya gətirən valideynlərimə və bir neçə yaxın dostuma.
- Bir müddətdir Azərbaycandasınız. Yəqin ki, yerli mətbəxin yeməklərindən dadmısınız…
- Bəli, mən Azərbaycan mətbəxini çox sevirəm.
- Orada yol gedərkən necə ətrafdakıların diqqətini cəlb edirsinizmi?
- (Gülür) Bəli. Hər gün küçə ilə harasa gedib-gələndə təbii ki, 198 sm boyu olan qız hamının diqqətini cəlb edir. Amma indiyə qədər buna xoş reaksiya görmüşəm.
- İdmançı karyeranızı bitirdikdən sonra nə işlə məşğul olacağınızı müəyyənləşdirmisinizmi? Ümumiyyətlə, bu barədə fikirləşmisinizmi?
- Hər gün bu barədə düşünürəm. Lakin bu günün sonuncu olmasını istəmirəm. Mənim maliyyə və beynəlxalq biznes sahəsində dərəcəm var. Ola bilər ki, voleybolla vidalaşdıqdan sonra karyermı bu sahədə - xüsusilə də maliyyə bazarlarında davam etdirəm. Bununla belə, idmandan tez getməyi arzulamıram. Mümkün qədər daha çox voleybol oynamaq istəyirəm.
- Bəs hansı musiqini sevirsiniz?
- Rəqs musiqisini. Çünki mən rəqs etməyi xoşlayıram.
- Bakıda darıxmırsınızmı?
- Yox, darıxmıram. Çünki mənim evim ürəyimdir. Mənə əziz olan hər bir şeyi orada saxlayıram.
- Azərbaycan paytaxtının gecə həyatı ilə necə tanış olmusunuzmu?
- Xeyr. Amma bunu arzulayıram.

0
0