Komandamız “Qalatasaray”la oyundan imtina etdi
27.10.2010 - 11:58
Komandamız “Qalatasaray”la oyundan imtina etdi
Noyabrın 2-dən 5-dək qadın voleybolçular arasında Bakıda keçiriləcək beynəlxalq turnirdə iştirakı planlaşdırılan 2 klub mübarizədən imtina edib. Apasport.az saytının məlumatına görə, yarışda 4-ü yerli olmaqla, 8 klubun qüvvəsini sınacağı gözlənilsə də, sonda “İqtisadçı” və Türkiyənin “Əczaçıbaşı” komandalarının turnirdə oynamayacağı müəyyənləşib.

Bu səbəbdən yarışın reqlamentində də dəyişiklik edilib. Öncə oyunların 2 qrupda keçirilməsi planlaşdırılsa da, 6 komanda iştirak edəcəyindən turnir dairəvi sistemlə olacaq. Qalib adı uğrunda isə “Rabitə”, “Lokomotiv”, “Azərreyl”, Türkiyənin “Qalatasaray”, Rusiyanın “Uraloçka” və “Zareçye-Odintsovo” klubu mübarizə aparacaq.
0