“Qalatasaray”ın Bakıda oyunlarının vaxtı müəyyənləşdi
27.10.2010 - 18:00
“Qalatasaray”ın Bakıda oyunlarının vaxtı müəyyənləşdi
Bakıda voleybol üzrə qadınlar arasında keçiriləcək beynəlxalq turnirin təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Rabitə”, “Lokomotiv”, “Azərreyl”, Türkiyənin “Qalatasaray”, Rusiyanın “Uraloçka” və “Zareçye-Odintsovo” komandalarının iştirakı ilə baş tutacaq yarışa noyabrın 2-də saat 15:00-da start veriləcək. Turnir hər gün 3 oyun olmaqla, 6 gün davam edəcək. Dairəvi sistemlə keçiriləcək yarışa noyabrın 7-də yekun vurulacaq. Komandaların Azərbaycana gəlişi isə noyabrın 1-də olacaq.

Turnirin təqvimi

2 noyabr

15:00. “Lokomotiv” - “Uraloçka”
17:00. “Azərreyl” - “Qalatasaray”
19:00. “Rabitə” - “Zareçye-Odintsovo”

3 noyabr
15:00. “Rabitə” - “Uraloçka”
17:00. “Azərreyl” - “Zareçye-Odintsovo”
19:00. “Qalatasaray” - “Lokomotiv”

4 noyabr
15:00. “Azərreyl” - “Uraloçka”
17:00. “Rabitə” - “Lokomotiv”
19:00. “Zareçye-Odintsovo” - “Qalatasaray”

5 noyabr
İstirahət günü

6 noyabr
15:00. “Uraloçka” - “Zareçye-Odintsovo”
17:00. “Qalatasaray” - “Rabitə”
19:00. “Lokomotiv” - “Azərreyl”

7 noyabr
14:00. “Uraloçka” - “Qalatasaray”
16:00. “Lokomotiv” - “Zareçye-Odintsovo”
18:00. “Azərreyl” - “Rabitə”
0