Dünya çempionatının qrup mərhələsinin təqvimi
28.10.2010 - 16:04
Dünya çempionatının qrup mərhələsinin təqvimi
Noyabrın 29-da voleybol üzrə növbəti dünya çempionatının final mərhələsinin oyunları başlayacaq. Apasport.az saytının məlumatına görə, 24 komandanın qüvvəsini sınayacağı yarışda ən çox komanda ilə Avropa təmsil olunacaq. Belə ki, “köhnə qitə”dən 9, Afrikadan 2, Asiya və Okeaniyadan 5 və Amerikadan 8 (şimali 6, cənubi 2) yığma mundiala qatılacaq.

Reqlamentə əsasən, qrup mərhələsində keçiriləcək 5 turdan sonra 6 komandadan 4-ü növbəti mərhələyə vəsiqə qazanacaq. II mərhələyə yüksələcək yığmaların xalı qrupda son 2 yeri tutacaq komandalar üzərində qələbələr istisna olmaqla saxlanılacaq. Növbəti mərhələdə formalaşacaq 8 komandadan ibarət 2 qrupdan isə ilk 2 yerin sahibi “Dördlər finalı”na vəsiqə qazanacaq.

1952-ci ildən keçirilən mundialda ən çox medal qazanan ölkə Rusiya hesab olunsa da, şimal qonşularımız müstəqillikdən sonra 4 dəfə fəxri kürsüdə yer alıblar. Son analoji yarışın çempionu olan ruslar bundan əlavə, 3 dəfə çempionatın bürünc medalını qazanıblar. Keçmiş SSRİ-nin də medallarını nəzərə alsaq, hazırda onların aktivində 12 (6 qızıl, 2 gümüş və 4 bürünc) medal var.

Medal qazanan ölkələri siyahısında Yaponiya 2-ci yerdədir. Dünya çempionatına ən çox ev sahibliyi edən “qıyıqgözlər” 6 dəfə finala çıxsalar da, bunun 3-də çempion adını qazanıblar. İlk “3-lüyü” isə Kuba voleybolçuları qapayırlar. Onlar 4 dəfə final sevinci yaşayıblar və bunların 1-də məğlub olublar. Ümumilikdə isə indiyə kimi keçirilən 15 dünya çempionatında 13 ölkə medal qazanıb. Bu ölkələrdən isə 5-i çempion adını qazanmağı bacarıb.

Son 2 mundialda (1992 – İtaliya, 1996 - Rusiya) Avropa təmsilçilərinin birinci olmalarını nəzərə alsaq, “köhnə qitə”nin komandalarının say üstünlüyündən istifadə edərək bunu qorumaq ehtimalları yüksəkdir. Yarışda ev sahibləri ilə yanaşı, Çin, Kuba, Rusiya, Almaniya, Braziliya və ABŞ yığmalarını çempionluğa iddialı hesab etmək olar.

Xatırladaq ki, noyabrın 14-də yekun vurulacaq mundialda 7 ölkənin (ABŞ, Xorvatiya, Hollandiya, Yaponiya, ABŞ, Peru, Almaniya) heyətində Azərbaycan Super Liqasında çıxış edəcək 11 voleybolçu da iştirak edəcək.

Dünya çempionatının qrup mərhələsinin təqvimi

A qrupu

Peru
Serbiya
Yaponiya
Polşa
Əlcəzair
Kosta-Rika

29 oktyabr
Peru - Əlcəzair
Serbiya - Kosta-Rika
Polşa – Yaponiya

30 oktyabr
Kosta-Rika - Əlcəzair
Serbiya – Polşa
Yaponiya – Peru

31 oktyabr
Peru - Serbiya
Polşa – Kosta-Rika
Əlcəzair – Yaponiya

2 noyabr
Serbiya - Əlcəzair
Polşa – Peru
Kosta-Rika – Yaponiya

3 noyabr
Peru - Kosta-Rika
Əlcəzair – Polşa
Yaponiya – Serbiya

B qrupu
Braziliya
İtaliya
Hollandiya
Puerto-Riko
Çexiya
Keniya

29 oktaybr
Braziliya – Keniya
Çexiya – Hollandiya
Puerto-Riko – İtaliya

30 oktaybr
Çexiya – Braziliya
Keniya - Puerto-Riko
Hollandiya – İtaliya

31 oktyabr
Puerto-Riko – Çexiya
İtaliya – Keniya
Braziliya – Hollandiya

2 noyabr
Braziliya – Puerto-Riko
Hollandiya – Keniya
Çexiya – İtaliya

3 noyabr
Puerto-Riko – Hollandiya
Keniya – Çexiya
İtaliya – Braziliya

C qrupu
ABŞ
Kuba
Almaniya
Tailand
Xorvatiya
Qazaxıstan

29 oktyabr
Almaniya – Qazaxıstan
ABŞ – Tailand
Xorvatiya – Kuba

30 oktyabr
ABŞ – Xorvatiya
Tailand – Qazaxıstan
Kuba – Almaniya

31 oktyabr
Qazaxıstan – Kuba
Xorvatiya – Tailand
Almaniya – ABŞ

2 noyabr
Xorvatiya – Almaniya
Tailand – Kuba
ABŞ – Qazaxıstan

3 noyabr
Qazaxıstan – Xorvatiya
Almaniya – Tailand
Kuba – ABŞ

D qrupu
Rusiya
Çin
Cənubi Koreya
Türkiyə
Dominikan Respublikası
Kanada

29 oktyabr
Rusiya - Dominikan Respublikası
Kanada - Cənubi Koreya
Türkiyə - Çin

30 oktyabr
Rusiya - Türkiyə
Dominikan Respublikası - Cənubi Koreya
Çin – Kanada

31 oktyabr
Türkiyə - Dominikan Respublikası
Kanada – Rusiya
Cənubi Koreya – Çin

2 noyabr
Türkiyə - Kanada
Rusiya - Cənubi Koreya
Dominikan Respublikası – Çin

3 noyabr
Kanada - Dominikan Respublikası
Cənubi Koreya - Türkiyə
Çin - Rusiya
0