2 komanda Azərbaycan çempionatından imtina etdi
29.10.2010 - 11:13
Basketbol üzrə kişilər arasında Azərbaycan çempionatı hələ start götürməmiş 2 klub yarışdan imtina edib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə “Makkabi” və “Xəzər Universiteti” heyətlərinin zəif olmasını əsas gətirərək, oynamaq istəmədiklərini bildiriblər.
Lakin onların mübarizədən çəkilmələri isə çempionatda komandaların sayını azaltmayıb. Belə ki, yarışda “Makkabi” və “Xəzər Universiteti”ni Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası və Bakı Dövlət Universitetinin komandaları əvəzləyəcək.
Bu arada “Qala”, “AzTop”, “Araz”, “Şəki”, ADBTİA və BDU-nun qüvvəsini sınayacağı çempionatın keçiriləcəyi yer də müəyyənləşib. Çempionatın ilkin mərhələsi Azərbaycan Basketbol Federasiyasının zalında, final qarşılaşmaları isə “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək. I tura noyabrın 16-da start veriləcək.

0
0