Amerikalı legionerlərin vizaya görə Azərbaycana gəlişi ləngiyir
29.10.2010 - 15:08
Amerikalı legionerlərin vizaya görə Azərbaycana gəlişi ləngiyir
Noyabrın 2-də Bakıda start götürəcək voleybol üzrə beynəlxalq turnirdə “Azərreyl”in transfer etmək istədiyi 2 amerikalı voleybolçunun çıxışı sual altına düşüb. Bu barədə apasport.az saytına paytaxt klubunun baş məşqçisi Vüqar Əliyev məlumat verib.

Onun sözlərinə görə, legionerlərin Azərbaycana gəlməsi viza məsələlərinə görə ləngiyir. Əliyev bildirib ki, bu məsələ həll olunduqdan sonra onlar komandaya qoşulacaqlar və “Çelenc Cup”da komandamıza kömək edəcəklər.

Qeyd edək ki, “Azərreyl” “Çelenc Cup”ın ikinci təsnifat mərhələsində Yunanıstanın “Markopoulo” komandası ilə qarşılaşacaq.
0