“Fənərbaxça”nın taleyi azərbaycanlıya tapşırıldı
29.10.2010 - 16:06
“Fənərbaxça”nın taleyi azərbaycanlıya tapşırıldı
Azərbaycanlı beynəlxalq dərəcəli hakimlər Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıblar. Apasport.az saytının məlumatına görə, CEV qadınlar arasında keçiriləcək Çempionlar Liqasında ilk dəfə 2 həmyerlimizə etimad göstərib.

Belə ki, Eldar Əliyev C qrupunun ilk turunda “Əczaçıbaşı” (Türkiyə) və “Volero” (İsveçrə) komandalarının oyununda əsas hakim olacaq. Noyabrın 24-də baş tutacaq görüşdə ona belçikalı Vim Kambre köməklik edəcək.
Digər ədalət təmsilçimiz Eldar Zülfüqarov da Türkiyədə fit çalacaq.

Hakimimiz B qrupunda “Fənərbaxça” – “ZOK SPLİT 1700” (Xorvatiya) komandalarının oyununa nəzarət edəcək. Zülfüqarov da adaşı kimi əsas referi olacaq və bolqarıstanlı Borislav Pobornikovun köməyinə ehtiyac duyacaq. Qarşılaşma 2011-ci il yanvarın 6-da keçiriləcək.
0