Milli komandamız hazırlığa başladı
29.10.2010 - 23:04
Qadın həndbol yığmamız baş məşqçi Rəfiqə Şabanovanın rəhbərliyi altında "ABU-Arena"da qarşıdakı dünya çempionatının seçmə qrup oyunlarının hazırlığına başlayıb. Apasport.az saytının xəbərinə görə, hazırda düşərgəyə 25 həndbolçu cəmləşib.
Yığmamız noyabrın 20-də Ukraynanın paytaxtı Kiyevə yollanacaq və beynəlxalq turnirə qatılacaq. 4 komandanın iştirakı ilə noyabrın 26-dək davam edəcək bəlli turnir qarşıdakı DÇ-nin dekabrda Yunanıstanda keçiriləcək seçmə qrup oyunlarına sınaq xarakteri daşıyacaq. Məhz Ukrayna turnirində iştirak edən 25 həndbolçudan 21-i seçmələrə aparılacaq.

0
0