Yığmamızın üzvləri sonuncu yerdə
30.10.2010 - 12:09
Basketbol üzrə Türkiyə Super Liqasında III turun oyunları start götürüb. Apasport.az saytının məlumatına görə, yığmamızın üzvləri - Rasim Başak və Aleksandr Rindının şərəfini qoruduğu “Türk Telekom” çempionatda növbəti görüşünü keçirib.
Təəssüf ki, həmyerlilərimizin komandası “Antalya Böyükşəhər Bələdiyyəsi” ilə oyunda da məğlubiyyətdən qaça bilməyib. Əvvəlki 2 turda qalib gələ bilməyən Ankara təmsilçisi bu dəfə 72:83 hesabı ilə uduzub. Azərbaycanlı Orxan Adnan Hacıyevanın da heyətində yer aldığı “Türk Telekom”un heyətində həmyerlilərimizdən yalnız Rasim Başak forma geyinmək şansı qazanıb. Lakin o görüşü xalsız başa vurub.
Qeyd edək ki, keçirdiyi 3 görüşün hamısında məğlub olan Ankara təmsilçisi sonuncu pillədə qərarlaşıb.

0
0