“Transfer pəncərəsi”nin bağlanacağı vaxt bəlli oldu
30.10.2010 - 13:01
“Transfer pəncərəsi”nin bağlanacağı vaxt bəlli oldu
Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasında “transfer pəncərəsi”nin bağlanacağı vaxt müəyyənləşib. Apasport.az saytının məlumatına görə, noyabrın 29-da start götürəcək çempionata son sifariş ərizələri noyabrın 10-a kimi təqdim edilməlidir. Əks halda, sonradan komanda ilə müqavilə imzalayacaq voleybolçu yeni transfer pəncərəsinin açılmasını gözləməli olacaq.

Xatırladaq ki, 6 komandanın iştirakı ilə baş tutacaq Super Liqa oyunları “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək.
0