“Qalatasaray”ın Bakıda ilk oyunu
02.11.2010 - 00:13
“Qalatasaray”ın Bakıda ilk oyunu
Bu gün "Sərhədçi" Olimpiya İdman Mərkəzində qadın voleybol klubları arasında beynəlxalq turnirə start veriləcək. Apasport.az saytının xəbərinə görə, mövsüm öncəsi sınaq xarakteri daşıyan və dairəvi sistem üzrə keçiriləcək yarış noyabrın 7-dək davam edəcək.

Turnirdə Azərbaycan Super Liqasında çıxış edən "Rabitə", "Lokomotiv" və "Azərreyl"lə yanaşı, Rusiyanın "Uraloçka"sıyla "Zareçye-Odintsovo"su, eləcə də Türkiyə təmsilçisi "Qalatasaray" baş mükafat uğrunda mübarizə aparacaq.

Turnirə saat 15.00-da "Lokomotiv" - "Uraloçka" oyunu ilə start veriləcək. Bu gün, həmçinin "Azərreyl" - "Qalatasaray" (17:00) və "Rabitə" - "Zaraçye-Odintsovo" (19:00) qarşılaşmaları olacaq.
0