İnessa Qorxmaz Azərbaycana qayıdır
02.11.2010 - 10:44
“Azərbaycan voleybolu sürətlə inkişaf edir. Komandalar güclənib və çempionatda güclü mübarizə gedəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq voleybolçusu İnessa Qorxmaz deyib.
Hazırda Türkiyədə yaşayan Qorxmaz bildirib ki, noyabrın 4-də Azərbaycana gələcək: “Artıq bilet almışam. 2 gündən sonra Bakıda olacağam. Gəlişimdə əsas məqsəd paytaxtda keçirilən beynəlxalq turniri izləməkdir”.
Qeyd edək ki, “Azərreyl”lə “Top-komandalar” kubokunu qazanan və yığmamızla Avropa çempionatının “Dördlər finalı”na yüksələn voleybolçu qonşu ölkədə menecerliklə məşğuldur. O, Türkiyə yığmasının sabiq kapitanı Natalya Hanıkoğlu, Rusiya milli komandasının aparıcı voleybolçusu Yekaterina Qamova kimi aparıcı oyunçuların şəxsi meneceridir. Hanıkoğlunun “Azərreyl”ə keçidində də məhz Qorxmazın rolu böyük olub.

0
0