Ancaq Azərbaycanda: Voleybolda da heç-heçə olarmış
02.11.2010 - 14:30
Ancaq Azərbaycanda: Voleybolda da heç-heçə olarmış
Azərbaycan çempionu “Rabitə” voleybol klubu Bakıda keçiriləcək beynəlxalq turnirdən öncə yoldaşlıq görüşü keçirib. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Uraloçka” komandası ilə qarşılaşan Dejan Brdjoviçin yetirmələrinin duelində voleybolda rast gəlinməyən hesab qeydə alınıb.

Belə ki, oyun heç-heçə yekunlaşıb. İlk 2 setdə (25:22, 25:23) qələbə qazanan voleybolçularımız növbəti 2 hissədə məğlub olublar (18:25, 26:28). Bu hesabdan sonra komandalar həlledici seti oynamayıblar və qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, “Rabitə”nin heyətində Natalya Məmmədova 20, “Uraloçka”nın heyətində isə Yevgeniya Estes (Artamonova) isə 19 xal qazanıblar.
0