Adnan Kistakın namizədləri
02.11.2010 - 14:53
“Yaponiyada keçirilən dünya çempionatını komanda halında izləyirik. Gərgin oyunlar keçsə də, hələ əsas mübarizə irəlidədir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Şahdağ-Şirvan” voleybol klubunun baş məşqçisi Adnan Kistak deyib.
Türkiyəli mütəxəssis qadınlar arasında keçirilən mundialda çempion adını qazanmağa namizədlərinin adlarını açıqlayıb. O, yarışın qalibi adının əsasən 4 komanda arasında gedəcəyini deyib: “Fikrimcə, yarışda Rusiya, Braziliya, ABŞ və İtaliya voleybolçuları daha yaxşı təsir bağışlayırlar. Çempionluğa onların namizəd olduğunu deyə bilərəm. Amma yarış Yaponiyada keçirildiyindən bu komandanın da şansı var”.
Türkiyə yığmasının sabiq məşqçisi “ay-ulduzlular”ın oyununa da münasibət bildirib: “Komandamız pis çıxış etmir. Onlar bəzən stabil oynamırlar. Məsələn, Dominikan Respublikasını ilə qarşılaşmada 2:0 hesabı irəlidə olan komanda görüşün taleyini həlledici hissədə həll edirlər. Bu gün isə 0:2 hesabı ilə geridə olsalar da, sonradan 3:2 hesabı ilə qalib gəlirlər. Komandamızın pis təsir bağışladığını demək olmaz. İnanıram ki, onlar bacardıqca irəliləyəcəklər”.
Qeyd edək ki, Türkiyə yığması keçirdiyi 4 görüşdə yalnız rusiyalı həmkarlarına uduzublar.

0
0