“Azərreyl” türkləri, “Rabitə” rusları məğlub etdi
02.11.2010 - 21:17
Bu gün Bakıda voleybolçu qadınlar arasında beynəlxalq turnir start götürüb. Apasport.az saytının məlumatına görə, yarışın açılış matçında “Lokomotiv” və “Uraloçka” (Rusiya) komandaları qarşılaşıblar.
Təəssüf ki, turnir Azərbaycan klubu üçün uğursuz başlayıb. Belə ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk seti Aleksey Çervyakovun yetirmələrinin xeyrinə başa çatsa da, bu “dəmiryolçuların” son sevinci olub. Rusiyalıların baş məşqçisi Nikalay Karpolun əsəbiləşməsindən sonra öz oyunlarını tapan “Uraloçka” ardıcıl 3 hissədə qələbə qazanıblar.
Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən yarışda Azərbaycan Super Liqasının iştirakçıları “Rabitə”, “Lokomotiv” və “Azərreyl”lə yanaşı, Rusiyanın “Uraloçka” “Zareçye-Odintsovo” və Türkiyənin “Qalatasaray” komandaları qalib uğrunda mübarizə aparırlar.
“Lokomotiv” – “Uraloçka” – 1:3 (25:23, 20:25, 12:25, 20:25)
“Azərreyl” – “Qalatasaray” - 3:0 (25:11, 25:18, 25:21)
“Rabitə” – “Zaraçye-Odintsovo” - 3:1 (25:20, 25:21, 25:27; 25:21)

0
0