“Qalatasaray”ın baş məşqçisi Azərbaycandan təklif gözləyir - EKSKLÜZİV
04.11.2010 - 00:00
Türkiyənin “Qalatasaray” voleybol klubunun baş məşqçisi Gökhan Edmanın apasport.az saytına eksklüziv müsahibəsi
- Bakıda keçirilən beynəlxalq turnir komandanız üçün uğurlu olmadı. İlk görüşdəcə “Azərreyl”ə 0:3 hesabı ilə məğlub oldunuz...
- Öncə qardaş ölkəyə gəldiyimiz üçün çox sevincliyik. Bu səfəri gözləyirdik. Son dəfə Azərbaycana ötən il gəlmişdik. Buradakı qardaşlarımız və dostlarımız üçün çox darıxmışdıq. Oyuna gəlincə, “Azərreyl” bizdən fərqli, artıq oyunlara tam hazırdır. Çox gözəl oyun nümayiş etdirdilər. Məğlubiyyətdə əsas voleybolçumuz serbiyalı İvana Cerisilonun oynamaması da mühüm rol oynadı. Zədələndiyindən onu oynatmadıq. Lakin Cerisilonun yoxluğu və yeri hiss olunurdu. Çünki bizim onsuz işimiz çox çətin olur. Bir sözlə, legionerimizin yoxluğuna alışa bilmədik. Rəqib topu oyuna daxil edərkən lazımınca qarşılaya bilmədik. “Azərreyl” blokda da inamlı oynadı. İkinci hissədə də uğursuz oldu. Sonra bir qədər özümüzə gəldik və son setdə qələbə qazanmaq istəsək də, gücümüz çatmadı. Amma gün keçdikcə daha gözəl oynayacağımızı düşünürəm. Burada əsas məqsədimiz Avropa kubokuna hazırlıq və heyəti formalaşdırmaqdır.
- Belə olan halda, turnir sizin üçün yerinə düşüb...
- Həqiqətən də, bu bizim hazırlığımız üçün yerinə düşdü. Çox güclü komandalar var. Yarışda qüvvəsini sınayan həm Azərbaycan, həm də rus komandaları Avropa kuboklarında mübarizə aparırlar. Bunun üçün görüşlər çətin və sərt keçəcək. Bizim də istədiyimiz budur. Çünki daha hazır olmaq üçün gərgin oyunlara ehtiyacımız var.
- Azərbaycana tam heyətlə gəlmisiniz?
- 2 voleybolçumuz gəlməyib. Bunlardan Karina Okasio Puerto-Riko, Gökçen Denkel isə Türkiyə milli komandasının heyətində Yaponiyada dünya çempionatında iştirak edirlər.
- Bəs “Azərreyl”lə qarşılaşmada əsas voleybolçularınızdan hesab olunan Özləm Özçeliki döyüşə atıb oyunu bərabərləşdirə bilməzdinizmi?
- Burada 5 oyun keçirəcəyik. Bunun üçün Özləmin bunların hamısında oynaya biləcəyini düşünmürəm. Yəni, onu arabir meydana buraxacağam. Buna baxmayaraq, yığmanın sabiq üzvü komandamız üçün çox faydalıdır və onun təcrübəsi xeyrimizə gələcək. “Azərreyl”lə oyunda onun mövqeyində gənc bir voleybolçunu sınadım və təcrübə toplaması üçün əvəz etmək istəmədim.
- Azərbaycan yığmasından “Qalatasaray”da görmək istədiyiniz voleybolçu varmı? Belə bir təkliflə həmyerlilərimizə müraciət etmisinizmi?
- Azərbaycandan Valeriya Korotenko, Oksana Parxomenko və Natalya Məmmədovanın “sarı-qırmızılı” formanı geyinməsini çox istərdim. Lakin biz komandanı qurarkən artıq onlar müqavilə imzalamışdılar. Həmin voleybolçular hər bir klubu gücləndirə bilərlər.
- Azərbaycan Super Liqası barədə məlumatınız varmı? Türkiyədə bizim çempionatı izləyirlərmi?
- Biz Azərbaycan voleybolunu çoxdan izləyirik. Faiq Qarayev Türkiyədə çalışarkən, mən onunla uzun müddət yığmada işləmişəm. Türklər Faiq Qarayevi çox sevirlər. Onun üçün Azərbaycan yığmasının və Super Liqasının oyunlarına marağımız böyükdür. Amma etiraf edim ki, biz voleyboluzu Qarayevin sayəsində tanımışıq. Burada son 3 ildə çox böyük inkişaf var. Azərbaycana tanınmış voleybolçular gəlirlər. Super Liqada mübarizə çox gərginləşib. Komandalarınız Avropa kuboklarında da uğurlu çıxış edib, lazımı nəticələr qazanırlar. Bu il onlar qitədə daha da yüksək yerlər uğrunda – çempionluq üçün yarışacaqlar. Çünki heyətlərinə güclü voleybolçular transfer ediblər. Əgər bir neçə il əvvəl burada 1 güclü komanda var idisə, hazırda bunların sayı 6-ya çatıb. Voleybola çox böyük sərmayə qoyurlar. Hər halda, yeni mövsüm yaddaqalan olacaq.
- “Qalatasaray” ötən il “Çelenc Cup”da “İqtisadçı” ilə qarşılaşdı və hər 2 görüşdə 3:0 hesablı qələbə qazandı. Bu il klublarımız sizdən revanş ala bilməyəcək...
- Bəli. Azərbaycandan “Rabitə” Çempionlar Liqasında, “Azərreyl”, “Lokomotiv” və “İqtisadçı” “Çelenc Cup”da oynayırlar. Biz isə CEV kubokunda oynayacağıq. Bunun üçün qarşılaşmayacağıq. Biz uğurlu çıxış etmək istəyirik və Azərbaycan voleybolçularına da bunu arzulayırıq. Onlarla qarşılaşmaq şansımız da var. Amma yəqin ki, uduzub aşağı - “Çelenc Cup” düşmərik. Açığı, ilkin mərhələlərdə sizin klublarla oynamaq da istəmərik.
- Bəs İtaliya və Serbiyada təşkil ediləcək Avropa çempionatının finalında necə, Azərbaycan və Türkiyə milli komandalarının qarşılaşmasını istəyirsinizmi? Əgər belə hal baş verərsə, hansı yığma qalib gələr?
- Bu püşkatmadan asılıdır və hər şey ola bilər. Lakin fikirləşirəm ki, bizim yığmada dünya çempionatından sonra dəyişiklik olacaq. Bəzi oyunçular milli komanda ilə vidalaşa bilərlər. Onun üçün bir az zəifləyəcəyik.
- Türkiyə yığmasını çalışdırmış Rəşad Yazıçıoğulları, Adnan Kistak Azərbaycana üz tutublar. Belə bir təklif olarsa, komandalarımızda işləyərsinizmi?
- Azərbaycan hər zaman işləmək istəyərəm. Qardaş ölkədə çalışmaqdan xoşbəxt olaram. Hələlik belə təklif almamışam. Amma məni istəyərlərsə, mütləq gələrəm.
- Siz hazırlıq dövründə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Rabitə”nin 2 rəqibi ilə qarşılaşmısınız: Türkiyədə Rumıniyanın “Dinamo-Romprest” və Polşada isə “Aluprof”u sınağa çəkmisiniz. Bir mütəxəssis kimi onlar güclüdürlər, yoxsa “Rabitə”? Bundan əlavə, Azərbaycan komandasına onları məğlub etmək üçün hansı məsləhətləri verərdiniz?
- “Dinamo-Romprest”i məğlub etsək də, “Aluprof”a uduzmuşuq. Məncə, “Rabitə” rumıniyalıları məğlub etməkdə çətinlik çəkməyəcək. Hər 2 görüşdə onlar üzərində qələbə qazanacaqlarına inanıram. Amma polşalıların güclü olduğunu etiraf etməliyəm. Bakı klubu “Aluprof”a orada uduzsa da, burada onları məğlub edə bilər. Çünki “Aluprof” sürətli oynayır. Voleybolçuları da hər mövqedə inamlı təsir bağışlayırlar. Mən bunu deməklə, “Rabitə”ni zəif hesab etmirəm. Onlar da çox güclüdür. Fikrimcə, “Rabitə” müdafiədə inamlı oynayıb, hücumlarının qarşısını blokda kəsə bilsələr, hər 2 matçı da qazanacaqlar.
- Azərbaycanın Avropada çıxış edən klublarından “İqtisadçı” istisna olmaqla, digərlərinin gücünü turnirdə izlədiniz. Sizcə, hansı daha yaxşı təsir bağışlayır? Onlardan hansı Super Liqanın qalibi ola bilərlər?
- Mən “Azərreyl” və “Rabitə”nin çempionluğa layiq olduğunu deyərdim. Amma “İqtisadçı”nın oyunu ilə də tanışam. Super Liqada Rəşad Yazıçıoğullarının komandası onlar üçün çətinlik yarada bilər.
- Türkiyə yığmasının kifayət qədər güclü voleybolçuları var. Onlar niyə legioner həyatı yaşamağa üstünlük vermirlər?
- Bunu mən də dəqiq bilmirəm. Fikrimcə, türklər öz liqamızda oynamağı daha üstün tuturlar.
- Bəs Türkiyə Super Liqası ilə Azərbaycan çempionatını müqayisə etsək hazırda hansı daha güclü olar?
- Bizdə Azərbaycandan fərqli, 12 komanda Super Liqada mübarizə aparır. Amma onların hamısı eyni gücdə deyillər. 6 komanda medalla uğrunda yarışır. Bunun üçün onlar Azərbaycan komandaları ilə rahat oynaya bilərlər.
Tahir HÜMMƏTOV

0
0