“Trabzonspor” üçün 18 xal
07.11.2010 - 14:30
Həndbol üzrə kişilər arasında Türkiyə Super Liqasında VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvləri - Eldar Fərəcov, Emin Aydəmirov, Kamran Alxazov və Sergey Georgevskinin forma geyindikləri “Trabzonspor” “Çankaya Bələdiyyəsi Ankaspor”u qəbul edib.
Oyun həmyerlilərimiz üçün uğurlu alınıb. Onların komandası rəqiblərinə 29:27 hesabı ilə qalib gəliblər. Türkiyəli həmkarlarımız görüşdə Azərbaycan həndbolçularının oyununu yüksək qiymətləndiriblər. Onlar “Trabzonspor”un üzvlərindən 3 nəfərə “3 ulduz” veriblər ki, onlardan Fərəcovla Georgevski milli komandamızın üzvüdür.
Qeyd edək ki, həndbolçularımız “Trabzonspor”a birlikdə 18 xal qazandırıblar. Onlardan Fərəcov 7, Georgevski 9, Aydəmirov 1 və Alxazov 1 xala sahib olub. Georgevski həmçinin, yenidən klubunun bombardiri adına yiyələnib.
0
0